15-07-2015 [19:03]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda torpaqların mühafizəsinə və təyinatı üzrə istifadəyə nəzarətə başlayıb.
Fins.az-ın məlumatına görə, bu barədə ƏMDK-da 2015-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib.
Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Azərbaycan prezidenti İlham Əliyev 4 may 2015-ci il tarixli fərmanı ilə ƏMDK-nin yeni Əsasnaməsi təsdiqlənib. Yeni əsasnaməyə uyğun olaraq daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib.
Torpaqlara ƏMDK nəzarət edəcək
Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili aiddir. Torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti də komitəyə həvalə edilib. Bundan başqa, ƏMDK torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi ilə də məşğul olacaq.
Torpaq hərraclarını ƏMDK təşkil edəcək
Yeni əsasnaməyə görə, ƏMDK ölkədəki bütün torpaqların sərhədlərini dəqiqləşdirəcək. Dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin təşkili də komitəyə həvalə edilib.
Torpaq müfəttişləri işə başlayıb
Komitə sədri çıxışında bildirib ki, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər.

Sənədləşmədə elekton xəritələrdən istifadə olunacaq
Müşavirədə bildirilib ki, torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən geniş istifadə olunmalıdır. Bu, torpaq sahələrinin təyinatının dəqiq müəyyən edilməsinə imkan verəcək. Eləcə də, mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçiriləcək.
Qeyri-qanuni istifadənin qarşısı alınacaq
Artıq yeni Əsasnamə ilə müəyyən edilmiş işlərin həyata keçirilməsinə başlanıb. Belə ki, dövlət qurumları və bələdiyyələrlə birlikdə Regional İşgüzar Forumlara start verilib. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadənin qarşısını almaq üçün tədbirlər gücləndirilib, torpaqların sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi üçün işlərə başlanıb. Hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Müşavirədə komitə sədri torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsinə nəzarətin gücləndirilməsi, qanunsuz istifadə hallarının aradan qaldırılması, torpaq bazarının təşkili, torpaq sərhədləri ilə bağlı uyğunsuzluqların aradan qaldırılması işlərinin sürətləndirilməsi barədə tapşırıqlar verib.
Komitə sədri həmçinin daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını da səsləndirib. Bildirilib ki, qeydiyyatın aparılmasında "bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi