Gömrük Komitəsi ləğv edilir, yoxsa...- Generalları nələr gözləyir?

img

15-07-2015 [17:05]


Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. 

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, bununla bağlı prezident fərmanı artıq hazırdır və yaxın günlərdə elan ediləcək. Gömrük sisteminin həddən artıq korrupsiyalaşması, o biri tərəfdənsə neft gəlirlərinin azalması fonunda iqtisadiyyatın liberallaşdırılmasına zərurətin ortaya çıxması gömrük xidmətinin indiki strukturunun ləğvi və yenidən qurulmasını qaçılmaz edir.

Mia.az-ın əldə etdiyi məlumat isə bunun əksini deyir. Daha dəqiqi, bildirilir ki, ölkənin gömrük sistemiylə bağlı yeni plan var. Ancaq bu ləğvetmə ilə bağlı deyil. Qurumda ciddi struktur və kadr islahatları aparılacaq: 

"Bu plana görə, gömrük monopolistləri ilə bağlı çox ciddi addımlar atılacaq. Yəni rüşvət və korrupsiya sistemi artıq bir neçə nəfərin nəzarətində olmayacaq. Bu məqsədlə gömrük və ona bağlı olan qurumlarda "parçalanma"lar olacaq. Bu zaman isə Aydın Əliyevin müavini Səfər Mehdiyev və Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı yeni "yol xəritəsi" də tətbiq olunacaq. Hətta bir neçə gömrükçinin cinayət məsuliyyətinə cəlbi də qaçılmaz olacaq. Çünki gömrükdəki monopolistlər, "qara mühasibatlığın xaç atası" rolunda olanlar mövqelərini əldən buraxmaq istəmirlər. Bu isə sərt addımları qaçılmaz edib...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA