Pensiyaçılara şad xəbər - DSMF pulları vaxtından əvvəl köçürdü

img

15-07-2015 [15:59]


Dövlət Sosial Müdafiə Fondu (DSMF) Ramazan bayramı ərəfəsində əmək pensiyalarının   maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

DSMF-dən Mia.az-a verilən məlumata görə, qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq, bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edilib:

"Belə ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.

İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların 60,4 faizini yaşa görə,  28,6  faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA