AZAL qiymətləri endirdi

img

15-07-2015 [13:57]


AZAL təyyarə biletlərinin qiymətlərini azaldıb.

Mia.az xəbər verir ki, bu haqda AzNews.az xəbər yayıb. Turizm şirkətlərindən sayta daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.

Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb.

Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA