Kəmələddin Heydərovdan əmr; FHN əməkdaşına rütbə verildi

img

15-07-2015 [13:28]


Azadlıq prospektində baş verən yanğında əleyhqazını vətəndaşa verərək həyatını riskə atan Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Xətai Şahverdiyev kapitan rütbəsi alıb.

X. Şahverdiyev bu haqda sosial şəbəkədə yazıb: "Kapitan rütbəsi aldığım üçün çox sevinirəm. FHN əməkdaşı olmaq şərəfdir. Azərbaycan Respublikasına xidmət edirəm”.

"Qafqazinfo”ya açıqlamasında tək onun yox, digər yoldaşlarının da rütbə alacağını bildirən kapitan gənc yaşda bu rütbəyə çatmağın xoş olduğunu vurğulayıb.

Xatırladaq ki, X. Şahverdiyev 14-cü mərtəbədən Bilal adlı orta yaşlı bir şəxsi xilas edərkən əynindəki döyüş paltarını və əleyhqazı ona verdiyi üçün özü zəhərlənmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA