TQDK keçid balını açıqladı

img

15-07-2015 [12:28]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul müsabiqəsinin şərtlərini açıqlayıb.

Komissiyadan virtualaz.org saytına verilən məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal (minimum 10 bal) məhdudiyyəti tətbiq olunmur.

Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA