Məqsəd Nur AzTV-də baş direktor təyin olundu

img

14-07-2015 [15:43]


"Azad Azərbaycan” Televiziyasının (ATV) "Xəbərlər” Departamentinin sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xəbərlər” informasiya studiyasının baş direktoru təyin olunub.

Bu barədə Publika.az-a məlumat verən AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bu gündən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, "Azad Azərbaycan” Televiziyasının (ATV) "Xəbərlər” Departamentinin rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA