"Biz bir daha tam məsuliyyəti ilə bildiririk ki,..." - İcra Hakimiyyəti

img

14-07-2015 [12:52]


Qaradağ rayon İcra Hakimiyyəti 08.07.2015 tarixdə «Qaradağ icra başçısı haqqında şok iddia» başlıqılı yazı ilə bağlı elektron ünvanımıza təkzib məktubu göndərilib.

Təkzib məktubunda göstərilir ki, yuxarıda adı keçən yazı həqiqəti əks etdirmir:

«Azərbaycan olduqca mühüm bir hadisəyə çevrilən I Avropa Oyunları artıq uğurla və böyük başarı ilə sona çatıb. Beynəlxalq miqyaslı bu böyük hadisəni minlərlə jurnalist işıqlandırıb. Çox təəssüüflə qeyd etməliyik ki, bəzən mətbu orqanlarımızda həqiqəti əks etdirməyən məlumatla rda dərc olunur. Belə məlumatlardan biri də məhz Jam.az saytında dərc olunan «Qaradağ icra başçısı haqqında şok iddia», adlı yazıdır. 

Nəzərə çatdırmaq istəyirik ki, həmin məlumatlar həqiqəti əks etdirmir və müəyyən məqsədli insanların cəymiyyəti yanlış məlumatlandırmaq üçün mətbuata ünvanladığı yalan və şər toplusundan ibarətdir. 

Qeyd edək ki, Azərbaycan boksçuları I Avropa Oyunlarında doğurdan böyük uğura imza ataraq komanda hesabı ilə böyük idman festivalının birinci pilləsinə yüksəlməyi başarıblar. Ölkəmizə ən çox medal qazanan da məhz boksçularımız olub. Hesab edirik ki, bu tipli məlumatların mətbuatda yer alması Azərbaycan boksçularının böyük fədakarlıqlarına və qələbəsinə kölgə salır. Eyni zamanda bu boksçularımızın uğurunda böyük xidmətləri olan Azərbaycan Boks Federasiyasının əməyinin yerə vurulmasıdır.

Biz öz adamızdan Jam.az saytını I Avropa Oyunları kimi möhtəşəm və bir beynəlxalq tədbiri və bu tədbirin ən yüksək səviyyədə keçirilməsində xidmətləri olan insanları qaralamaq istəyən bəzi məqsədli insanların platformasına çevirmək cəhdlərindən təəssüf hissi keçirdiyimizi bildiririk. 

Arzu edirik ki, bundan sonrakı fəaliyyətində sayt bu tipli məqsədli yazıların dərcinə imkan verməyəcək. Biz bir daha tam məsuliyyəti ilə bildiririk ki, məqsədli insanların saytlara ötürdüyü məlumat həqiqəti əks etdirmir».

Qeyd edək ki, Jam.az saytı da artıq sözügedən yazıya təkzib verib. Sayt bildirib ki, araşdırma nəticəsində məlum olub ki, doğurdan da dərc olunan məlumatda qeyri-dəqiqliyə yol verilib. Bu üzdən baş vermiş anlaşılmamazlıqdan üzgünlük ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA