"Görünür, onlar çox pis öyrəniblər..." - İlham Əliyevdən kəskin cavab (VİDEO)

img

13-07-2015 [17:59]


Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyevin iştirakı ilə hökümətin iclası keçirilib. 

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən haqsız hücumlar haqqında danışıb. İ. Əliyev xüsusilə Almaniya Bundestaqı ilə bağlı sərt fikirlər səsləndirib: 

"Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onlara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA