İlham Əliyevdən sərt xəbərdarlıq - Nazirlərə vaxt verildi

img

13-07-2015 [16:56]


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb.

Prezident iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır.

İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərin bahalılığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident, eyni zamanda, ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.

İ.Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA