13-07-2015 [16:12]
Ucar rayonu S.Vurğun küçəsi, ev 8-də yaşayan Hüseynov İlqar Qulamhüseyn oğlu tərəfindən Strateq.az-a şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, 1996-cı il tarixdə anadan olmuş oğlu Razi Hüseynov 01 mart 2015-ci il tarixdə həqiqi hərbi xidmət keçən zaman düşmən erməni gülləsi nəticəsində şəhid olsa da, ona şəhid adı verilmir:
"Oğlumun erməni gülləsi nəticəsində ölməsini təsdiq edən konkret subutlar da var. Ancaq oğlumun ölümünü öz əsgər yoldaşının üstünə qoyub, onu 12 il müddətində azadlıqdan məhrumetmə cazası ilə məhkum ediblər ki, bu da şəhid ruhuna təhqirdir".
Ucar sakini iddia edir ki, 01 mart 2015-ci il tarixdə N saylı hərbi hissəsinin "Qala" postunda saat 12.00-da döyüş növbətçiliyini mənim oğlumla əsgər Emil Bağırovu, əsgərlər Tağıyev Cəfər İlqar oğlu və Paşayev Hüseyn Məmməd oğlu ilə dəyişiblər:
"Bundan bir neçə dəqiqə sonra oğlum Razi Hüseynov sifət nahiyəsindən dəymiş güllə yarasından dünyasını dəyişib. Oğlumun ölümünü isə belə izah etdilər ki, guya postu təhvil verdikdən sonra oğlum həmin posta yaxınlaşmış və postda olan əsgər Hüseyn Paşayev oğlumu naməlum şəxs bilib, atəş açıb. Ancaq əslində isə oğlumu erməni atıcısının atdığı güllə öldürüb. Hərbi qanunlara əsasən döyüş postunu dəyişmiş əsgərlər həmin əraziyə öz başına gələ bilməzlər. Həmçinin naməlum şəxslərin posta yaxınlaşması halı baş verdikdə postda olan hərbiçi bir neçə dəfə xəbərdarlıq etməli, zərərət olduğu təqdirdə göyə atəş açmalı və hücum ediləcəyi təqdirdə naməlum şəxsə atəş açmalıdır.Günün-günorta vaxtı postda olanın öz əsgər yoldaşını tanımaması, ölümə səbəb olmuş güllə gilizinin hadisə yerindən tapılmaması da göstərir ki, ortaya atılan yalandır".
Şikayətçi iddia edir ki, bu barədə məhkəmədə də danışıb:
"Dedim ki, mənim oğlumu erməni atıcısı (snayper) öldürüb, buna görədə güllənin gilizi orada ermənilər tərəfdə qalıb. Əsgər Hüseyn Paşayevin heç bir günahı yoxdur. Obyektiv araşdırsınlar, əgər günahı varsa, ona ağır cəza verilsin. Ancaq bilirəm ki, mənim oğlum düşmən mövqeyi tərəfindən düşmən atıcısı tərəfindən atılan güllə ilə qətlə yetirilib. Snayper gülləsi olduğu üçün üz nahiyəsindən dəlib keçmiş və yaraların yeri çox kiçik olmuşdur.Əgər təqsirləndirilən şəxs əsgər Hüseyn Paşayevin dediyi kimi 6 metrlik məsafədən AK-74 markalı avtomat silahından açılan güllə dəysəydi, güllənin çıxdığı yer çox dağıdıcı olardı.Bu cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqları qondarma, yalan, saxta ekspert rəyləri, yalan ifadələrlə aparılmışdır.Əsgər Hüseyn Paşayevi isə yalan ifadə verməyə işgəncə ilə məcbur ediblər".
Bu və ya digər faktlar əsasında ittihamlar səsləndirən şikayətçi sonda bildirir ki, oğlu torpaq, vətən uğrunda şəhid olub:
"Buna görə oğluma şəhid adı verilməlidir. O, ailənin yeganə oğlu idi. İndi bizi iki şey sarsıdıb, oğlumuzun həlak olması və saxtakarlıqla onun şəhid adının batırılması. Buna görə də mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident, mənim oğlum Razi Hüseynovun erməni gülləsi nəticəsində şəhid olmasını təsdiq edən konkret subutları müəyyən vəzifəli şəxslər gizlədib. Bununla həm Sizi, həm də bizim ailəni aldadırlar. Buna görə də Sizdən çox-çox xahiş edirəm, bu qanunsuzluq faktını şəxsən obyektiv araşdırıb, oğlum Razi Hüseynova şəhid adının verilməsinə tapşırıq verəsiniz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi