Daha bir şirkət fırıldağı - VİDEO

img

13-07-2015 [00:31]


Yeni Yasamalda yerləşən 16 mərtəbəli binalardan birinin sakinləri 9 ildir evlərinə köçə bilmirlər.
Onlar Yasamal MTK tərəfindən tikilən binanın sakinlərə təhvil verməməsindən şikayətçidir.
Riyad Rzaquliyev 16-ci mərtəbədə 2 otaqlı ev alıb. Onun sözlərinə görə, binada bütün evlər satılıb.

Amma tikinti-inşaat şirkəti vədinə əməl etmir.

Bu səbəbədən sakinlərin çoxu kirayələrdə yaşamağa məcburdur.

Digər sakin Elvin Qurbanov isə bankdan 10 illik kredit götürərək bu binadan ev alıb. O, aylıq 550 AZN kredit borcu odəyir.

"Evi 2013-cü ildə alanda mənə söz verdilər ki, 2 ay sonra ev təhvil veriləcək, təmir edib köçərsiniz. Amma 3 ildən çox vaxt keçib. Heç bir nəticə yoxdur".

Onun sözlərinə grə, binada lift işləri, su, qaz, kanalizasiya xətlərinin tamamlanması gərəkdir.
Bina sakini Almaz xanım öz evini sataraq bu binadan yeni ev alıb. Hazırda bacısının evində yaşayır. Deyir ki, oğlunu evləndirmək istəsə də, evin təhvil verilməsinin gecikməsinə görə heç bir addım ata bilmir.

Bina sakinləri dəfələrlə aidiyyətlı orqanlara məktubla müraciət etsə də heç bir nəticə əldə etmədiklərini bildirirlər./BBC/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA