Rus hərbçiləri Gürcüstana yeridi: Bakı-Supsa kəmərinin bir hissəsi ələ keçirildi

img

11-07-2015 [21:02]



Gürcüstanın Tsxinvsli (Cənubi Osetiya) bölgəsində "sürünən işğal” davam edir. 

Gürcü qaynaqları xəbər verir ki, rus hərbçiləri işğal xəttini daha 1 kilometr qabağa çəkərək bilavasitı BP-nin boru xəttinə yaxınlaşdırıblar. İndi işğal xətti artıq strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir.

Qeyd edək ki, Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş banerin 100 metrlik radiusunu "neytral zona” elan ediblər. Bu, o deməkdir ki, strateji kəmərin bir hissəsi artıq işğal edilib.

Xurvateli kəndinin sakinləri üçün daha 10 hektar ərazinin işğalı gözlənilməz olub, belə ki, onlar dünənək burada əkinlə məşğul olublar. Bu hün də onlar orada işləyirlər. İşğalçılar kəndlilərə məhsul yığımına kimi işləməyə icazə veriblər(Musavat.com).

Rus hərbçiləri Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirdilər

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA