Mikayıl Cabbarov yenilikdən danışdı - Yeni qayda

img

10-07-2015 [17:04]


"Bu tədris ilindən Təhsil Nazirliyinin təşəbbüsü ilə xarici dil buraxılış imtahanları siyahısına daxil edilib. Burada əsas məqsəd xarici dilin öyrədilməsinə təkan verməkdir".
 
Bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
 
O, qeyd edib: "Bu gün yüksək texnologiyalar dövründə xarici dili bilmək zəruri amildir. Bunun üçün Təhsil Nazirliyi tərəfindən müvafiq proqramlar da keçirilir. Təbii olaraq, bu, daimi bir prosesdir".
 
Nazirin sözlərinə görə, Azərbaycan tələbələri hər zaman yeniliklərə açıq olduğu üçün onların istənilən yeni xarici dili mənimsəməsi hər hansı çətinlik və ya problem yaratmır: "Burada əsas məsələ tədrisin düzgün qurulması və bunun nəticəsində də qısa müddət ərzində bu biliklərin əldə olunmasıdır".
 
Bu gün Azərbaycan gənclərinin beynəlxalq yarışlarda iştirak etdiyini deyən M.Cabbarov görülən işlərin qısamüddətli deyil, uzunmüddətli olmasını zəruri sayıb(Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA