Azərbaycanda qanunsuz evlərlə bağlı qərar: Sənədsiz tikililər köçürüləcək

img

10-07-2015 [14:03]


Azərbaycanda vahid kadastr bazasının yaradılması üzrə işlər gedir.
Report xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında deyib: "Yaxın 2-3 ildə bu mükəmməl bazanı təhvil verəcəyik”.
Onun sözlərinə görə, bu bazadan təkcə ƏDMK deyil, digər aidiyyəti qurumlar da istifadə edə biləcək:
"Biz Sumqayıt şəhəri və Bakının 7 rayonunun mükəmməl kadastr məlumat bazasını hazırlamışıq. 3 rayonu da bu ilin oktyabrına qədər yekunlaşdıracağıq. Gəncə-Şəkini də 2016-cı ildə təhvil verəcəyik. Həmçinin respublikanın 53 rayonunun sadə kadastrı hazırlanıb təhvil verilib”.
Komitə rəsmisi bəzi torpaqlarda qanunsuz tikilən evlərin köçürülməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib:
"Dünya praktikası belədir ki, əgər həmin evlərin köçürülməsi baha başa gəlirsə o saxlanılır, yox daha ucuz olursa köçürülür. Biz də həmin ərazilərdə bu prinsipi tətbiq etməyi düşünürük”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA