Şəmkir rəhbərliyi Litvada! - FOTOLAR

img

10-07-2015 [13:06]


Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndə heyəti və rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi Litvada səfərdə olublar.

Mia.az-a verilən məlumata görə, Litvanın Şaulyay şəhərinə rəsmi səfər çərçivəsində Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndə heyəti və rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi şəhərin idman infrastrukturu ilə yaxından tanış olub və bir sıra işgüzar görüşlər keçiriblər.

Məlumatda o da bildirlir ki, Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndə heyəti şəhər meriyasının nümayəndələri ilə də rəsmi görüşüb. Görüşdə 22 oktyabr 2014-cü il tarixdə Şəmkir və Şaulyay şəhərləri arasında imzalanmış "Niyyət protokolu"na əsasən humanitar və sosial sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmış və nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi məqsədi ilə fikir mübadiləsi yürüdülüb:

"Görüşdə iştirak edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, rayon İcra Hakimiyyətinin əməkdaşı Könül Qələndərova şəhər meriyasının nümayəndələri ilə müxtəlif istiqamətlərdə danışıqlar aparmaqla yanaşı, bu əlaqələrin daha da sıx olması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini xüsusi qeyd ediblər".









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA