10-07-2015 [11:31]
Azpolitika.info saytı özəl mənbələr vasitəsilə əldə etdiyi bilgilərə görə məlum qəza ilə bağlı "Bakubus” MMC-də "təmizləmələr” həyata keçirilib.
Saytın yazdıqlarından sitat: "Belə ki, ”Bakubus" MMC-nin bir neçə vəzifəli şəxsi işdən çıxarılıb, bəziləri isə məsuliyyətə cəlb olunub. İstintaqın sonunda həbs edilənlərin olacağı gözlənilir. "Bakubus” MMC-yə rəhbərlik edən şəxs də işdən kənarlaşdırılıb. Yol-nəqliyyat hadisəsini törətdiyi üçün həbsə alınmış avtobusun sürücüsü Vəli Əhmədovla ("Kürd Vəli”) bağlı da maraqlı məlumatlar əldə etmişik. Məlumata görə, "Bakubus” MMC-də işə götürülənlərin hər birinin şəxsi işi Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən yoxlanılıb. Ancaq buna baxmayaraq, əvvəllər həbsdə olan Vəli Əhmədov "Bakubus” MMC-də sürücü kimi işə qəbul edilib. Hazırda həbsdə olan Vəli Əhmədovun psixikasında problemlərin yarandığı da bizə verilən məlumatlar sırasındadır".
V.Əhmədovun oğlu Orxan Əhmədov isə "Yeni Müsavat”a deyib ki, atasının əvvəllər həbsdə olması haqda məlumatlar doğru deyil: "Psixoloji problemi olan insanı ora işə götürərlər? Hərə bir söz deyir. Biri deyir, ”prava"sı yoxdur, amma ingilis dilini bilir deyə işə götürüblər". Mənim atamı tanıyanlar tanıyır. 25 ildir ki, sürücüdür, hamı da tanıyır, bilir ki, necə şoferdir, necə avtobus idarə edir. Bəlkə də onun kimi avtobusu idarə edən 5 sürücü yoxdur".
O.Əhmədov əminliklə bildirir ki, qəza təsadüf nəticəsində baş verib. İsrarla deyir ki, qəza ilə bağlı yayılan videoda qəzanın təsadüfən törədilməsini sübut edən detallar var.
Məlumat üçün deyək ki, qəza ilə bağlı yayılan 24 saniyəlik videodan görünür ki, avtobus beton əsaslı 2 yol nişanının üstünə çıxaraq yolun sağ zolağına tərəf dönmə manevri edir və orada hərəkətdə olan piyadaların bir neçəsinin üstündən keçməklə yoluna davam edir.
O.Əhmədov həmin videoda hansı məqamı nəzərdə tutduğunu dəqiqiləşdirmir. Sadəcə, israr edir ki, videoya baxan hər kəs o qəzanın təsadüfən törədilməsini sübut edən detalları görə bilər.
"Mənim atam avtobusda tək olmayıb, orada nə baş verdiyini görənlər olub. Avtobusda nasazlıq olub. Əgər terror olsaydı, indi mən sizinlə danışmazdım” deyə, O.Əhmədov bildirib.
Yada salaq ki, baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatda qeyd olunurdu ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının "Atletlər kəndi”nin nəqliyyat deposunda, "Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi