Tərcümə mərkəzində qalmaqal – Şair işdən çıxarıldı

img

10-07-2015 [11:06]


Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla kollektiv arasında yenidən qalmaqal yaşanıb.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var. Fərid Hüseyn sayta açıqlamasında məlumatı təsdiq edib: "Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”. Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.

Saytın əldə əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və verdiyi açıqlamalar olub: "Bu narazılığın həddi isə onun bir neçə gün öncəQafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun kitabı haqda yazısı və Lent.az-a verdiyi müsahibəsindən sonra olub”.

Mərkəzdən əlavə ediblər ki, onların xoşları gəlməyən insanları tərifləmək prinsiplərinə ziddir: "Ona qəti şəkildə tapşırılıb ki, bundan sonra verdiyi açıqlamaları və yazdığı yazıları Mərkəzlə mütləq razılaşdırmalıdır. Bununla razılaşmayan Fərid Hüseyn isə ərizə yazaraq tutduğu vəzifədən istefa verib”.

Qeyd edək ki, Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA