Ramil Usubovdan təcili iclas: Nazir rəisləri Bakıya topladı

img

10-07-2015 [10:58]


Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

"Report" xəbər verir ki, iclasda DİN rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrin rəisləri iştirak edirlər.

İclasda 2015-ci ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Kollegiyada Azərbaycanda keçirilən "Bakı 2015" l Avropa Oyunları zamanı iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması sahəsində polisin fəaliyyəti də müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA