Tale Heydərov qələbəni belə şərh etdi: “Məqsədimizə çatdıq”

img

09-07-2015 [23:49]


"Çox sevincliyik. İlk dəfədi "Qəbələ” avrokuboklarda mərhələ adladı. Buna görə də klubumuzla fəxr edirik. Bundan sonra da uğurun davamının gələcəyinə inanırıq”. 

Bunu "Qəbələ”nin prezidenti Tale Heydərovun apasport.az saytına müsahibəsində deyib. T. Heydərov bildirib ki, oyunu həyəcanla izləyib: "Son dəqiqələrdə məqsədimizə çatdıq. Sonluq istədiyimiz kimi alındı. Çox sevindik ki, nəinki bir, hətta iki qol vurduq”.

O, "Qəbələ”nin yay fasiləsi vaxtı bir neçə futbolçu ilə müqavilə bağladığını qeyd edib: "Yeni gələnlər komandaya kömək edirlər. Biz növbəti mərhələdə də komandamızdan qələbə gözləyirik. Bunun əldə olunacağına da inanırıq”.

Klub prezidenti bildirib ki, "Qəbələ” gələcəkdə hücum xəttinə yeni oyunçu cəlb etməyi də düşünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA