Azərbaycanda dəhşət: Qadın həkimi öldürüb, yandırdılar

img

09-07-2015 [15:39]


Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində yanmış qadın meyidi tapılıb.

Anspress-in bölgə müxbiri Aytəkin Alxaslının əldə etdiyi məlumata görə, 6 iyul gecə saat 01.30 radələrində Bakı - Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hisəsəsində yandırılmış naməlum qadın meyidi tapılıb. 

Xızı rayonunun hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi operativ əməliyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti bir neçə saat içində müəyyən edilib. Meyidin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub.

34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Onun üç uşaq anası olduğu bildirilir. 

Qadının bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə polisə ərizə daxil olduğu da məlum olub.

Hazırda Natəvan Əliyevanın kim və kimlər tərəfindən qətlə yetirildiyi yönündə intensiv axtarış işləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA