Məişət tullantıları və ekoloji təmizlik - Birlik planını açıqladı

img

09-07-2015 [14:16]


"Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihə icra edir.

Mia.az xəbər verir ki, layihə Biləcəri Dəmiryol Deposu ərazisində yaşayan məcburi köçkün sahəsinin Yerli Bələdiyyə olan Biləcəri Bələdiyyəsi ilə birgə əməkdaşlıq sayəsində məişət tullantılarından təmizlənməsi və ekoloji mühitin idarəolunan vəziyyətə gətirilməsindən bəhz edir.

Məqsədə uyğun olaraq İctimai Birlik Biləcəri Dəmiryol Deposunun 2000 kavadrat metr ərazisində yerləşən məcburi köçkün ərazisinin məişət tullantılarından təmizlənməsi və ərazinin abadlaşdırlaraq zəruri tədbirlər görmək məqsədi ilə layihəni həyata keçirir.

Layihə çərçivəsində haqqında danışılan ərazi bələdiyyə texnikası vasitəsi ilə məişət tullantılarından təmizlənərək daşınılır.Təmizlənmiş ərazi daş qırıntıları ilə örtülərək ərazinin müxtəlif yerlərinə zibil qabları yerləşdirilir.

Layihənin zəruriliyindən danışan Birliyin sədri Şəfəq Qədirli qeyd etdi ki,adı çəkilən ərazidə məcburi köçkünlərin həm yaşamaları həm də kiçikbuynuzlu heyvanlar saxlaması ərazidə olduqca acınacaqlı ekoloji vəziyyət yaradıb.Xüsusiylə yay aylarında ərazi hədsiz dərəcədə pis qoxu verir,uşaqların küçəyə çıxmasına imkan vermir. Eyni zamanda sakinlər gündəlik məişət tullantılarını dəmiryol reslərinə ataraq qatarların normal hərəkətinə müəyyən çətinliklər yaradırlar.Belə bir problemin həllində iştirakdan qürur duyduğunu bildirən Birliyin sədri Şəfəq Qədirli layihənin əsas faydalarını sadaladı:

- Bələdiyyələrlə işbirliyi sayəsində məcburi köçkün insanlarının yaşadıqları ərazilər tullantılardan təmizlənəcək;

- Bələdiyyə və QHT münasibətləri yeni fəaliyyət siferasına keçəcək, ən azından Biləcəri ərazisində;

 - Dəmiryol relslərinin təmizlənməsi nəticəsində qatarların normal hərəkətinə imkan yararadılacaq;

- Ərazidə yaşayan insanların,xüsusiylə uşaqların sağlam və rahat həyat şəraitinə səbəb olunacaq;

- Bələdiyyələrlə birgə fəaliyyət nəticəsində ərazinin bələdiyyə təmizləmə sisteminə daxil olmasına səbəb olunacaq;

Sonda Birliyin sədri bundan sonrakı fəaliyyətlərində də vətəndaş cəmiyyətinin əsaslarından birini təşkil edən Bələdiyyələrlə birgə fəaliyyətə xüsusi səy və təşəbbüs göstərəcəklərini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA