Nazim İbrahimovun yeganə oğlu hərbi xidmətə getdi - FOTO

img

09-07-2015 [13:04]


Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb.


Lent.az-ın məlumatına görə, ötən gün hərbi xidmətə yollanan E. İbrahimov "N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.

1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb. Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb.

Qeyd edək ki, E. İbrahimov N. İbrahimovun yeganə oğludur.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA