Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısı hazırlanır

img

09-07-2015 [11:42]


"Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısını ümumiləşdiririk. Hansı qurumlar ki, bu faktla bağlı bizə yekun hesabat təqdim edirsə, onları ancaq dəstəkləyirik. Çünki bu onu göstərir ki, həmin qurumlarda etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır”. "Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, elə dövlət qurumları var ki, il ərzində onlarda etik davranış qaydalarının pozulmadığını iddia edirlər: "Təbii ki, biz buna şübhə ilə yanaşırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik davranış qaydalarının daha çox pozulmasına gəlincə, buna əsas səbəb orada dövlət qulluqçularının təxminən 15-20 faizə yaxının işləməsidir. Hazırda nazirliyin yeni rəhbərliyi bu işə qarşı ciddi mübarizə aparır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA