08-07-2015 [17:15]
İndiyə qədər aparılan yoxlamalar belə deməyə əsas verir ki, insanlar iyunun əvvəlindən iyulun 20-dək olan müddətdə qarpızdan istifadə edərkən bir qədər ehtiyatlı olmalıdırlar.
Mia.az xəbər verir ki, bunu trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.
Y.İbrahimov bildirib ki, 1 kq-lıq qarpızın tərkibində nitratın miqdarı 60 milliqramdan, yemişdə isə 90 milliqramdan artıq olduqda zəhərlənmə riski artır: "Amma bu göstərici müvafıq olaraq 60 və 90 milliqramdan aşağıdırsa, zəhərlənmə qorxusu yoxdur".
Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək bəzi bazarlarda satışa çıxarılan qarpızlarda nitratın miqdarının artıq olması aşkarlanıb və həmin məhsullar satışdan çıxarılıb: "Bu da onunla əlaqədardır ki, qarpızlar tez dəyməsi üçün istixanalarda yetişdirilir, sonra açıq sahədə əkirlər. Qarpızların tez yetişməsi və çoxlu qazanc əldə etmək üçün təbii ki, oraya müxtəlif gübrələr verilir. Aqrotexniki qaydalara düzgün riayət olunmayanda, verilən gübrələrin hektara düşən normasının miqdarı artıq olduqda doymuş məhlul alınır və o, qarpız, yemiş tərəfindən sovrulur. Nəticədə məhsulda nitratın miqdarı artıq olur”.
Y.İbrahimov qeyd edib ki, artıq qarpızların tərkibində nitratın miqdarının, yəni qorxu riskinin azalması müşahidə olunur. Amma o, qarpız-yemişlərlə bağlı qorxu riskinin həmişə olduğunu söyləyib.
Laboratoriya rəhbəri əlavə edib ki, bu məhsullardan zəhərlənmənin baş verməməsi üçün daha həssas olan qrupların - hamilə qadınların, körpə uşaqların, yaşlı, xəstə insanların qarpızdan az istifadə etməsi daha məqsəduyğundur: "Digər tərəfdən, axşam vaxtı xəstə adamların qarpız yeməsi məsləhət görülmür. Çünki bu meyvə qan təzyiqinin artmasına səbəb ola bilər. Qarpızı soyutmaq üçün onu kəsərək soyuducuda saatlarla saxlamaq da neqativ haldır və belə qarpızları yemək ziyanlıdır".
Yol kənarlarında satılan qarpız-yemişlərə gəldikdə, Y.İbrahimov deyib ki, yol kənarlarındakı maşınlarda satılan qarpız və yemişlərin tərkibini yoxlamadıqlarından onların tərkibinin yaxşı, yaxud pis olması barədə fikir söyləyə bilməz: "Yol kənarlarında qarpız və yemişlərin kütləvi satışı həmişə olub və olacaq. Çünki onlara nəzarət etmək imkanı məhduddur”.
O, digər mövsümi meyvələrin tərkibi ilə problemin olmadığını da söyləyib: "Digər meyvələr təmizdir. İndi tərəvəzlərin - pomidor, çuğundur, badımcan, kələmin tərkibi yaxşıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi