Azərbaycanda altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı

img

08-07-2015 [14:42]


Azərbaycan Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində yoxlamalar aparıb.

Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb. 

 
Bu ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin -  "VİP Dental” MMC, "Loğman Klinikası” MMC, "İnvitro” MMC, "Starmed” MMC, "Faiq-96” Müəssisəsi, "Nihat Klinikası” MMC-nin fəaliyyəti müəyyən olunmuş tarixədək dayandırılıb. 


 
Üç özəl tibb müəssisəsinə - "Zaman Tibb Mərkəzi” MMC, "Assmed” MMC, "Medservis” verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.
 
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA