Aftovağzal gücləndirilmiş iş rejiminə keçir

img

08-07-2015 [12:03]


Ramazan bayramı ilə əlaqədar olaraq Bakı Beynəxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə Publika.az-a Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, iyul ayının 17-dən 20-dək bayram günlərində əhaliyə xidmət göstərən avtobusların sayı artırılacaq:

"Bununla bağlı tədbirlər planı hazırlanıb. Hər il olduğunu kimi bu il də bayram günləri sərnişinlərin sayında artım olacaq. Sərnişinlərin rahatlığını təmin etmək üçün nəqliyyat vasitələrinin sayı artırılacaq. Düzdür, ali və orta ixtisas məktəblərində tətil olduğundan sıxlıq nisbətən az olacaq, lakin buna baxmayaraq, iyulun 16-dan 20-dək gücləndirilmiş iş rejimində çalışacağıq”.

M.Abdullayev bayram günləri süni qiymət artımından da danışdı.

"İnsanlara tövsiyə edirik ki, bileti kassadan alsınlar. Heç bir sürücünün bilet satmağa haqqı yoxdur. Ümumiyyətlə, süni qiymət artımı ilə qarşılaşanlar idarəyə müraciət edə bilərlər. Bundan başqa, bayram günləri bilet problemi yaşamaq istəməyənlər onlayn bilet satışı xidmətindən istifadə edə bilərlər. Artıq bu gündən onlayn bilet satışına start verilib. İnsanlar bu üsulla 10 gün əvvəldən bilet sifariş edə bilərlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA