08-07-2015 [11:41]
Yerli bankların verdikləri kreditlərin faiz dərəcəsini artırması bank sektorunda yeni situasiya yaradır. Bankların faiz dərəcəsində etdikləri dəyişiklik artıq qabarıq formada nəzərə çarpır. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1%-i keçməməsi barədə verdiyi göstərişdən 1 həftə keçir. Bankların bir qismi komisyon haqqını 1%-ə qədər azaltsa da, bəzi banklarda vəziyyət dəyişməyib və onlar AMB-nin göstərişini sadəcə tövsiyə kimi qəbul ediblər.
Mərkəzi Bankın göstərişini qulaqardına vurublar Məsələn, aktiv kreditləşmə ilə məşğul olan "AGBank”da komisyon haqqı 5,5-9,5%, Azərbaycan Beynəlxalq Bankında 7-12%, "Bank BTB”də 4-6%, "Parabank” və "Rabitəbank”da 2%, "Caspian Development Bank”da 3-5%, "Muğanbank”da 6-11%-dir. "Amrahbank”, "Bank of Baku”, "Bank Respublika”, "Bank Silk Vey”, "Bank Nikoil”, "Turanbank”, "Unibank”, "Yapı Kredi Bank Azərbaycan” isə komisyon haqqını 1%-ə endirib.
Komisyon haqqını azaldıb, illik faiz dərəcəsini artırıblar. Araşdırma nəticəsində məlum olur ki, komisyon haqqını 1%-ə qədər azaldanlar əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar. "Bank of Baku”da manatla kreditlər illik 35-39%-lə, dollarla kreditlər isə 34-38%-lə verilir. Halbuki komisyon haqqını azaltmazdan əvvəl bank milli valyutada kreditlər 32-34%-lə, xarici valyutada kreditləri isə 28-30%-lə ayırırdı. Komisyon haqqını azaltmış "Unibank”da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bankların komisyon xərclərini azaltması fonunda, kreditlərin faiz dərəcələrini artırması onu deməyə imkan verir ki, Mərkəzi Bankın hansı güzəşt siyasətindən asılı olmayaraq bahalı kredit faiz dərəcələri qalmaqda davam edəcək:
"Bunun üçün bir neçə labüd hallardan hər birinin müəyyən rolu var. Birinci, ya bankların sövdələşmək və vahid mərkəzdən inzibati yollarla idarə edilməsi üçün imperativ qaydalar mövcuddur. Məhz həmin qaydalar əsasında onlar 27-40 faiz səviyyəsində kredit koridorunu qoruyub saxlaya bilirlər. Sanki həmin qaydalardan kənara çıxılmaması fonunda banklar müştəri ”ovuna" çıxmadan soyuqqanlılıqla yüksək kredit dərəcələrini diqtə etməkdə arxayın davranırlar. Halbuki, müştərilər bankları yox, banklar müştəriləri qazanmaqda maraqlı olmalıdırlar".
M.Talıblının sözlərinə görə, baş verənlər müştəri-bank münasibətlərinin anormal reysdə oturmasının ifadəsidir. Yəni bankların inzibati və söyləmədikləri xərcləri o qədər böyükdür ki, MB-nin hər hansı güzəştindən sonra belə kreditlərdə düşük dərəcə müşahidə etmək mümkün olmur:
"Bankların belə böyük görünən kredit dərəcələri tək inzibati xərclər çıxılandan sonra onların mənfəəti kimi formalaşmır. Onların hansısa formada paylaşılan əlavə xərcləri də həmin kredit dərəcələrinə mühüm təsir göstərir. Baxın, hansı güzəştlərdən sonra belə kredit dərəcələrində enməni müşahidə edən olmayıb. Ona görə komisyon xərclərini azaldan banklar kreditin faiz dərəcələrini yüksəldirlər. Sanki onlar üçün sabitləşdirilmiş gəlir həddi bəlli səviyyədə olduğu üçün ondan aşağı faizlə kredit satmaq onları mənfəətsiz qoymaq deməkdir”.
M.Talıblı bildirdi ki, hər bir halda MB-nin kommersiya banklarını tənzimlənməsində hər hansı bir aləti nəzərdə tutulan hədəflə nəticələnmirsə, demək, ortada ciddi problem var:
"Ola bilməz ki, ikimərhələli bank sistemi mövcud olan ölkədə dövlətin bank institutu kommersiya banklarının fəaliyyətini tənzimləməsi nəticə verməsin. Bu zaman idarəetmənin effektivsizliyi meydana çıxır. Ona görə monetar alətlər effektiv olmaqla nəticələri də ölçülə bilən olmalıdır. Fikrimcə, bu cür münasibətlər qaldıqca bank institutları biznesə və istehlakçılara bahalı kredit həddini saxlamaqla bazarlarda bahalaşma tendensiyasını da saxlamaqda davam edəcəklər. Bu isə bahalaşan bazar səviyyəsinə uyğun olaraq hökumətin aztəminatlı əhali üçün daha effektiv sosial müdafiə siyasəti yürütməyini zəruri edir. Bahalaşan bazar şərtlərinə uyğun olaraq büdcədən qidalanan müəllimlərin, həkimlərin, pensiyaçıların və bu qəbildən müdafiə olunan xərc maddəsində ”oturan" bütün sosial qruplar üçün nəzərdə tutulan müavinət və əməkhaqlarını daimi artırmaqda davam etsin. Ona görə çoxlu sayda problemlərə yol açan bank kreditlərinin optimallaşdırılması üçün bahalı kredit resurslarını daha da ucuzlaşdırmasında dövlət maraqlı olmalıdır. Əks halda bu, dövlət qurumları üçün daha çevik reaksiya və böyük büdcə resursu tələb edir"(Azadlıq).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi