07-07-2015 [15:14]
Sevindirici cəhət ondan ibarətdir ki, medala layiq görülən məzunlar respublikanın bütün bölgələrini əhatə edir”.
Bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Şöbə müdiri bildirib ki, cari ildə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 316 nəfər şagirdin medalla təltifə namizədliyi irəli sürülüb: "Hazırda həmin şagirdlərin müvafiq sənədlərinin mövcud qaydalar əsasında ekspertizası aparılır”.
A. Əhmədovun sözlərinə görə, medalla təltif qaydaları hökumət səviyyəsində təsdiq olunub: "Məzun medalla təltif olunarkən bir sıra məqamlara diqqət yetirilməlidir. Heç şübhəsiz, o, tam orta təhsil səviyyəsində oxuyarkən bütün fənlər üzrə illik qiymətləri "əla” olmalıdır. Qaydalarda belə bir hal da nəzərdə tutulub ki, medala namizəd şagirdin ümumi orta təhsil haqqında şəhadətnaməsindəki qiymətlərin ən az 75 faizi "əla” olmalıdır. Medala namizəd göstərilmək üçün digər bir sıra vacib amillər də var. Hər şeydən əvvəl, medala namizəd məzun məktəbdə liderlik xüsusiyyəti ilə fərqlənməli, müəllim və şagird kollektivində böyük nüfuza malik olmalıdır. Həm oxuduğu məktəbdə, həm yaşadığı yerdə nümunəvi davranışı, mədəni səviyyəsi ilə hər kəsin hörmətini qazanmalıdır. Eyni zamanda, əsl mənada medala namizədliyini sübuta yetirmək üçün ölkə səviyyəsində keçirilən fənn olimpiadalarında, müsabiqələrdə və digər bu kimi bilik yarışlarında, habelə, imkan olduqca beynəlxalq miqyaslı bilik yarışlarında da iştirak edib fərqlənməyi bacarmalıdır. Bəzi valideynlər elə düşünür ki, övladının medal alması üçün orta məktəbdə yalnız "əla” qiymətlərlə oxuması kifayətdir. Halbuki, bir daha qeyd etmək istəyirəm ki, bu, yalnız məsələnin bir tərəfidir. Medala namizəd şagird "əla” qiymətlərlə oxumaqla bərabər, həm də yuxarıda sadalanan keyfiyyətlərə malik olmalıdır”.
Şöbə müdiri qeyd edib ki, 2009-cu ildə qəbul edilən "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda orta məktəb məzunlarının medalla təltifi təsbit edilib: "Bu prosesin aparılmasını hüquqi cəhətdən əsaslandıran reqlamentləşdirici sənəd - "Qayda” Azərbaycan hökuməti tərəfindən təsdiq olundu və 2011-ci ildən etibarən ümumi təhsili xüsusi nailiyyətlərlə bitirən məzunlar qızıl və gümüş medallarla təltif edilməyə başladı”"(apa).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi