07-07-2015 [14:08]
Jurnalist Eynulla Fətullayev deputat Rasim Musabəyovun çağırışı ilə bağlı ölkənin baş prokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxil işlər naziri Ramil Usubova müraciət edib.
Virtualaz.org saytı xəbər verir ki, E.Fətullayev öz müraciətində bildirir ki, R.Musabəyovun Elmar Hüseynovun qətli işi müqayisə aparması bir çox suallar və narahatlıq doğurur: "Belə çıxır ki, jurnalistin qatillərinin adı Musabəyova məlumdur. İndi o, parlament seçkiləri ərəfəsində digər jurnalistə divan tutmaq çağırışı ilə çıxış edir”.
E.Fətullayev istintaq orqanlarını deputat Rasim Musabəyovu Elmar Hüseynovun qətli işi ilə bağlı təcili şəkildə sorğu-sual etməyə, habelə parlament seçkiləri ərəfəsində öz təhlükəsizliyini təmin etməyə çağırıb: "Görünür, Musabəyovun bağlı olduğu və maraqlarını müdafiə etdiyi bəzi xarici qüvvələr Azərbaycanda parlament seçkiləri ərəfəsində yeni iğtişaş və qarışıqlıq planlaşdırır. Bu da ciddi narahatlıq doğurur. Hüquq-mühafizə orqanları ən azı jurnalistin qətlinə çağıran deputatın əsas götürdüyü motivləri aydınlaşdırmalıdır”.

Xatırladaq ki, Milli Məclisin üzvü Rasim Musabəyov jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevin onun barəsində yazdığı müəllif yazısına olduqca qeyri-adekvat, əsəbi, hətta mafiya üslubunda cavab verib.
Virtualaz.org saytı xəbər verir ki, deputat jurnalistin onun siyasi keçmişinə nəzər salan və "Mən həmişə Əliyevə qarşı işləmişəm...” başlıqlı məqaləsinə cavab olaraq facebookda onu Elmar Hüseynov kimi qətlə yetirməyə çağırıb.
Bu ictimai-siyasi xadim, keçmiş müsavatçı, qərbmeylli liberal və deputat mandatı daşıyan şəxs jurnalistə qarşı küçə leksikonunu işə salıb və normal siyasi tənqidə tənqidlə cavab vermək əvəzinə özünün facebook səhifəsində onun ünvanına söyüşlər yağdırıb.
KQB sədrinin müavininin kürəkəni olan Musabəyov əsl Bakı bolşeviklərinin və Beriyanın üslubunda aşağıdakı sözləri yazıb:"Eynulla Fətullayev ölmək üçün yetişib. Əgər Elmar Hüseynovun ölümünə əksəriyyət kədərləndisə, Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək - itə it ölümü yaraşır”.

Deputatın bu qalmaqallı bəyanatına reaksiya verən Eynulla Fətullayev bildirib: "Nəhayət, həqiqət anı gəlib çatdı - bütün Azərbaycan Rasim Musabəyovun aşıb-daşan ziyalılığını gördü. Mənim məqaləmdə onun haqqında bir dənə də olsun təhqiramiz söz yox idi. Mən sadəcə olaraq ona güzgüyə baxmağa və öz keçmişinə nəzər salmağa kömək etmişəm. Və inanın ki, mən bu adamın keçmişi və indisi haqda bildiklərimin çox az qismini yazmışam. Onun təhdidlərinə və məni öldürmək çağırışlarına gəldikdə isə deyə bilərəm ki, bu yaşlı və aciz adamın halına acıyıram.

Arqumentlər bitəndə insanlar silah gücünə əl atır. Musabəyov heç nəyə etiraz edə bilmədi-axı səni qəbrə qədər izləyəcək keçmişinə necə etiraz edəsən. Öz səhvlərini etiraf etmək və elədiklərinə görə səmimi şəkildə üzr istəmək heç vaxt gec deyil. Allah bağışlayandır”.
Qeyd edək ki, Cinayət Məcəlləsində qətllə təhdid etmək və ya qətlə təhrik etmək konkret cinayət əməli kimi qiymətləndirilir. Deputat Rasim Musabəyov özünün facebook səhifəsində Eynulla Fətullayevi açıq-aşkar ölümlə təhdid edib və onun yazılarından narazı qalanları jurnalisti qətlə yetirmək üçün təhrik edib. Maraqlıdır ki, bu cür leksikona və düşüncəyə, təfəkkürə malik biri özünü necə xalqın təmsilçisi kimi təqdim edə bilir?!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi