İspaniyada gecəsi 30 min avroya dincələn azərbaycanlı oliqarx kimdir?

img

07-07-2015 [11:12]


Fransanın məhşur telekanallarından birində "Enquete exclusive" (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib.

Modern.az saytı xəbər verir ki, verilişdə İspaniyanın cənubunda yerləşən Marbella kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib.

Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda danışılıb. Villa Del Mar adlı bu malikanədə bir gəcənin qiymətinin 30 min avro olduğu bildirilir.

Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çixan zaman özlərini və avtomobillərinin nömrələrini çəkməməyi xahiş edib.

Villa sahibi yalniz onu qeyd edib ki, bu müştərlər azərbaycanlılardır və burada 12 gün qalıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA