07-07-2015 [10:51]
Mia.az xəbər verir ki, bir müddət öncə "Yeni Müsavat” Azərbaycan ordusunun "ildırımsürətli əməliyyatlara” başlayacağı barədə məlumatlar yaymışdı. Məlumatlı mənbə iddia edirdi ki, Rusiya da Ermənistandakı anti-rus ovqatını səngitməkdən və ermənilərə dərs verməkdən ötrü Azərbaycanın hərbi əməliyyatlarına bir neçə saatlıq da olsa, göz yummağı düşünür.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı "Yeni Müsavat”a deyib ki, düşmənin faktı təkzib etməsi anlaşılandır: "Amma pilotsuz uçan aparatların ikisi də vurulub. Ermənilər bu aparatlardan hərbi məqsədlər üçün istifadə edirlər. Bu ilin yanvar ayında da onların bir pilotsuz uçan aparatı vurulmuşdu. Bu dəfə isə daha iki aparat məhv edilib”. Dron, yaxud pilotsuz uçuş aparatı (ingil. drone - vızıltı, uğultu) - hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Daha geniş mənada: hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılan mobil, muxtar aparatdır.
Məsələn, "Şahin” (Aerostar) - Pilotsuz Uçuş Aparatı 10 km hündürlüyə qədər yüksələ bilir və 12 saat fasiləsiz yüksək dəqiqliklə düşmən hədəflərinin videogörüntüsünü alaraq eyni anda ötürə bilir. Azərbaycan Silahlı Qüvvələri belə aparatlara malikdir və 2011-ci ildə keçirilən hərbi paradda nümayiş etdirilib. Müdafiə Sənayesi Nazirliyi isə öz müəssisələrində 2013-cü ildə 10 "Orbiter-2M” tipli pilotsuz uçuş aparatı istehsal edib.
Yeri gəlmişkən, bu arada cəbhə bölgəsində müharibənin hər an başlana biləcəyi barədə ajiotajın hökm sürdüyü barədə xəbərlər gəlir. Qəzetə verilən xəbərlərdə deyilir ki, ayrı-ayrı cəbhəyanı bölgələrdə istinad divarlarının tikilməsi, atəş xəttinə yaxın sakinlərin daha təhlükəsiz evlərə köçməsi, cəbhəyanı rayonların avtomobil yollarının dövlət səviyyəsində təmirinə böyük miqdarda maliyyə vəsaitinin ayrılması, həmçinin Azərbaycanın ağır texnikanı Qarabağ bölgəsində yerləşdirməsi müharibə hazırlıqlarının getdiyini düşünməyə əsas yaradır.
Hərbi ekspert Üzeyir Cəfərov dedi ki, düşmənin havaya pilotsuz təyyarələri qaldırması son vaxtlar cəbhə bölgəsindəki vəziyyətlə bağlı ermənilərin narahatlığından irəli gələn addımdır: "Ermənistan tərəf Azərbaycan ərazisində hansı addımların atılması barədə məlumatları toplamaq istəyir. Əvvəllər də belə addımlar olub. Sadəcə, bu dəfə ”doza"sını çox ediblər və iki aparat qaldırıblar. Bizdə isə bu aparatları vaxtında aşkar edib sıradan çıxartmaq üçün ən müasir avadanlıqlar var, görünür, düşmən bunu unudub. Son vaxtlar Azərbaycanın müdafiə naziri və qərargah rəisinin ön cəbhədə olması, müxtəlif mesajlar erməniləri təşvişə salıb".
Ü.Cəfərovun sözlərinə görə, Ermənistanın imkanları yeni aparatlar almaq üçün yetərli deyil: "Bu aparatların qiymətləri müxtəlifdir. Şübhəsiz ki, bunlar Rusiya istehsalı olan aparatlardır. Düşmən bir daha gördü ki, Azərbaycan müasir silah-sursata malikdir və hər zaman onun cavabını vermək iqtidarındadır”.
Politoloq Arzu Nağıyev hesab edir ki, müharibə başlayacağı haqda deyilənlər şayiə xarakterlidir: "Lakin bununla yanaşı, cəbhə boyu rayonlarda müəyyən hazırlıqların aparılması da həqiqətdir. İstər istinad divarlarının tikintisi, atəş xəttində texnikanın sayının artması da vacib məsələdir. Çünki bu hər şeydən əvvəl münaqişənin ağrı-acısını öz üzərinə götürən yerli əhalinin təhlükəsizliyi, kənd təsərrüfatı, heyvandarlıq və digər xırda təsərrüfatla məşğul olmaq üçün bir qarantiyadır. Digər tərzdə yerli sakinlərin köçməsi və həmin ərazilərin boşalmasına gətirib çıxara bilər. Belə hadisələr də düşmənin lehinə olan proseslərdir. Məhz buna görə də belə hazırlıqların getməsi, ilk növbədə yerli əhalinin təhlükəsizliyinin qorunması üçün labüd və zəruridir.
Bundan başqa, yeni alınmış texnikanın yerdəyişməsi, yenilənməsi prosesi də gedir. Düşünürəm ki, xırda, lokal münaqişələrlə müharibə anlayışında böyük fərq var. Müharibə başlamazdan əvvəl ölkə üzrə ümumi səfərbərlik elan olunmalı, bütün müəssisə və təşkilatlar öz iş rejimlərini müharibə şəraitinə uyğunlaşdırmalıdırlar. Bundan başqa, qarşıda ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü nəzərdə tutulur. Bir sözlə, hazırlıq daima gedir, son zamanlar bu proses daha da intensivləşib, ancaq bu, müharibənin başlanması demək deyil”.
Müharibə xəbərlərinə reaksiya verən Vaqif Dərgahli xüsusi ajiotaja ehtiyac olmadığını bildirdi: "Cəbhədəki durumla bağlı yayılan məlumatlar da ənənəvi məlumatlardır, başqa, qeyri-adi bir şey yoxdur. İstinad divarlarını isə Müdafiə Nazirliyi çəkmir, bu barədə yerli icra hakimiyyətləri məlumat verə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi