Alimlər problemdən danışdı, akademik söz verdi - Şəki Regional Elmi Mərkəzində görüş

img

06-07-2015 [23:13]


Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovla görüş keçirilib.

AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələrə məsul şəxsi Murad Nəbibəyov Mia.az-a bildirib ki, millət vəkili ŞREM-in şöbələri ilə tanış olaraq, mərkəzin ümumi fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə edib. Sonra o, ŞREM-in əməkdaşları ilə akt zalında görüşüb:

"Toplantını giriş sözü ilə açan ŞREM-in direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Yusif Şükürlü ŞREM-in problemləri ilə millət vəkilini tanış etdi. Eyni zamanda, aşkarlıq və demokratiya şəraitində keçirilən yığıncaqda ŞREM-in əməkdaşları da öz problemlərini millət vəkilinin diqqətinə çatdırdı.

Hamıya qulaq asdıqdan sonra akademik Yaqub Mahmudov eşitdiyi bir sıra problemlərin həllinə köməklik göstərəcəyinə söz verdi. O, həmçinin ŞREM-də müasir kitabxananın yaradılmasının vacibliyini vurğulayaraq, bu işdə də yardımçı olacağını bildirdi. Eyni zamanda, millət vəkili həm də ŞREM-in gənc tarixçilərinə elmi araşdırmalarında köməklik göstərəcəyini də sözlərinə əlavə etdi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA