Banklar Mərkəzi Banka qarşı çıxdı, faizlər qaldırıldı

img

06-07-2015 [17:32]


Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1%-i keçməməsi barədə verdiyi göstərişdən 1 həftə keçir.
 
Mia.az Fins.az-a istinadən xəbər verir ki, bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub ki, bankların bir qismi komisyon haqqını 1%-ə qədər azaltsa da, bəzi banklarda vəziyyət dəyişməyib və onlar AMB-nin göstərişini sadəcə tövsiyyə kimi qəbul ediblər.

Mərkəzi Bankın göstərişini qulaqardına vurublar
 
Məsələn, aktiv kreditləşmə ilə məşğul olan "AGBank”da komisyon haqqı 5,5-9,5%, "Azərbaycan Beynəlxalq Bankı”nda 7-12%, "Bank BTB”də 4-6%, "Parabank” və "Rabitəbank”da 2%, "Caspian Development Bank”da 3-5%, "Muğanbank”da 6-11%-dir. "Amrahbank”, "Bank of Baku”, "Bank Respublika”, "Bank Silk Vey”, "Bank Nikoil”, "Turanbank”, "Unibank”, "Yapı Kredi Bank Azərbaycan” isə komisyon haqqını 1%-ə endirib.

Komisyon haqqını azaldıb, illik faiz dərəcəsini artırıblar
 
Bununla belə, araşdırma nəticəsində məlum olur ki, komisyon haqqını 1%-ə qədər azaldanlar əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar. Məsələn, hazırda "Bank of Baku”da manatla kreditlər illik 35-39%-lə, dollarla kreditlər isə 34-38%-lə verilir. Halbuki komisyon haqqını azaltmazdan əvvəl bank milli valyutada kreditlər 32-34%-lə, xarici valyutada kreditləri isə 28-30%-lə ayırırdı. Komisyon haqqını azaltmış "Unibank”da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA