"Bəzən bu, bizə elə nağıl kimi gəlirdi..." - Mehriban Əliyevaya açıq MƏKTUB

img

06-07-2015 [12:00]


Ləman Süleymanova – həkim , dietoloq

Hörmətli Mehriban xanım, Avropanın idman tarixinə ilk möhürünü vuran "Bakı 2015"  Birinci Avropa Oyunları möhtəşəm başladığı yarışlarına elə möhtəşəm bağlanış mərasimi ilə də yekun vurdu.

Bununla da bir daha  Azərbaycan  xalqı başladığı  işin sonuna "nida" qoymaği bacardı. Yəni mən edirəm, edərəm. Mən bacarıram və bacararam. Və bu gücü hamı gördü. Birinci Avropa Oyunları dostlara bayram oldu, düşmənlərə isə sinə dağı. Birinci Avropa Oyunları yaşından, kimliyindən asılı olmayaraq, bütün Azərbaycanlıları bir yumruq, bir güc arxasında birləşməyi göstərdi. "Güc birlikdədir" devizi ilə hər kəs eyni hədəfə doğru səfərbər oldu. Bu oyunlar  dünyaya Azərbaycanın təkcə gücünü və nəyə qadir olmasını göstərmədi. Insanlara ruh yüksəkliyini, özünə inam hissini aşıladı. "Baki 2015" möhtəşəmliyi ilə sübut  etdi ki, dövlət özünə arxayın və mübariz olanda  hər şeyə qadirdi. Bu yarışlarda  idmançılarımız 21 qızıl,15 gümüş, 20 bürünc əldə edərək, Azərbaycanı yarışda ikinci etdi. Qazanılan qələbələr daha böyük qələbəyə yaxın olduğumuzu göstərdi. Və beləlikllə, Qarabağ uğrunda qazanacağımiz qələbəyə işarə etdi.

Hörmətli Mehriban xanım, qadın zəif sayılmasa da, zərif qüvvə kimi tanınıb. Incə duyğuların daşıyıcıları kimi qəbul edilib. Hər şeydən öncə o anadır, həyat mənbəyidir. Ancaq sizin timsalınızda  bütün Avropa, bütün dünya Azərbaycan qadınının nəyə qadir olduğunu gördü. Birinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri olaraq, bir xanım üçün ən çətin, ən ağır bir yükün altına keçdiniz. Hər halda, bu yük fərqli yük idi. Bir xanım üçün olduqca ağır ola bilərdi. Ağırlığı qədər də məsuliyyəti var idi. Ilk dəfə keçiriləcək bir yarışın böyük həyəcanı yaşanırdı...

Təəssüf ki, biz burda Avropaya qucaq açdığımız, qonaqpərvərliyimizi, səmimiyyətimizi göstərdiyimiz halda, Avropadan bizə qarşı "oynanılan oyunları" da gözəl görürdük. Amma  bu çirkin piarlarla oyunlara kölgə salmağı bacarmadılar. Sizin gərgin əməyiniz sayəsində Azərbaycan bu sınaqdan üzü ağ çıxdı. Ölkəmiz bir daha tanındı. Birinci Avropa oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla keçirilən görüşdə idmanÇılara xitabən çıxışınız əsl vətənpərvərlik nümunəsi idi:

"...17 gün ərzində Azərbaycan xalqı bir komanda və siz bu komandanin şərəfli kapitani idiniz. Belə olan halda əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq” sözlərinizlə bizi qələbəyə səslədiniz".

Bəli, əminliklə deyirəm, hörmətli Mehriban xanım, siz bütün Azərbaycan xanımlarında ruh yüksəkliyi yaratdınız .Siz biz xanımlara qəhrəmanlığı, "Aslanın erkəyi, dişisi olmaz" deyimini bir daha xatırlatdınız. Biz öyrəndik ki, zərif olduğumuz halda, belə çox böyük işlərin öhdəsindən gələ bilərik. Hələ tarixin bütün mərhələlərində Azərbaycan qadınının hansı rol oynadığını, onun qəhrəmanlığını, əski tariximizdə xanımlarımızın rolunu yalniz kitablardan oxumuşduq. Bəzən bu, bizə elə nağıl kimi gəlirdi. Məhz sizin bu gün göstərdiyiniz şücayət o nağılların həqiqət olduğunu bizə inandırdı. Biz Azərbaycan qadınları bir daha inandıq ki, biz, çox güclüyük, çoxxx...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA