İki dövlət qurumu “Bakcell”ə qarşı – Müqavilə ləğvi və yoxlama aktı…

img

06-07-2015 [09:08]



 "Bakcell” MMC-nin Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə "Aztelekom” arasında məhkəməyə çəkişməsi davam edir.

Xatırladaq ki, mobil şirkəti adıçəkilən komitəni, daha dəqiqi, bu komitənin yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətini məhkəməyə verib.

Mia.az xəbər verir ki, səbəb komitənin tabeliyində olan xidmətin apardığı yoxlama və bunun əsasında qəbul olunan sərt qərarlar olub.

Məlumata görə, "Bakcell”in Dövlət Komitəsi ilə davası üzrə iyulun 2-nə nəzərdə tutulan prosesdə hakim qərarı ayın 16-na təxirə salınıb:

"”Bakcell”in yoxlama aktı və qərarların ləğv edilməsi tələbi əsasında Bakı Apellyasiya Məhkəməsində  hakim Cahangir Yusifovun sədrliyi ilə təyin olunan iclas ayın 16-na təxirə salınıb”.

«Bakcell»lə "Aztelekom”un  davası da ötən həftə bitməyib:

"Bildiyiniz kimi, «Aztelekom” İstehsalat Birliyi «Bakcell»ə müqavilə şərtlərini öz xeyirinə dəyişməyə can atır və bu səbəbdən məhkəməyə üz tutub. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılır. Hakim növbəti iclas saatını iyulun 14-nə təyin edib”.

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA