06-07-2015 [09:21]
"Azercell Telekom” MMC-də çox maraqlı və səmimi görüş keçirilib.
İlk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi şirkətdə qonaq olublar. Azercell-in baş ofisində baş tutan görüşün əvvəlində İlk Avropa Oyunlarının Açılış Mərasimindən kadrlar, əməkdar idman ustası İlham Zəkiyevin məşəli yandırması, onun və digər paralimpiyaçılarımızın keçirdiyi oyunlar, medal mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib. Görüşdə iştirak edən Azercell əməkdaşları qonaqları ayaq üstə, böyük coşqu ilə alqışlayıblar. Şirkətin prezidenti Vahid Mürsəliyev qonaqları salamlayaraq onları Avropa Oyunlarında qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib.
V. Mürsəliyev bildirdi ki, oyunların bitməsinə 2 gün qaldığı bir müddətdə paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun əsrarəngiz qələbəsi Avropa Oyunlarına böyük şövqlə nöqtə qoymağa imkan verdi. Azercell prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bəyan etdi: "Bu, həmin uşaqların həyata ikinci vəsiqə alması deməkdir. Onların əzmkarlıq nümayiş etdirərək ayaqda dayanmasına dəstək olmaq bizim üçün çox önəmlidir və inanırıq ki, onlar hələ çox yerdə Azərbaycanda bayrağını dalğalandıracaqlar”.
Milli Paralimpiya Komitəsinin Prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu cür isti və səmimi qəbula görə bütün Azercell ailəsinə təşəkkürünü bildirdi:
"Görürəm ki, bizim zalda keçirdiyimiz həyəcan artıq oyunların divarlarından kənara çıxıb. Azercell hələ 2008 Pekin Paralimpiya Oyunlarında paralimpiyaçıların iştirakını dəstəkləmişdi. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək”.
İ. Rəhimov qeyd etdi ki, Avropa Oyunlarının Azərbaycanda paralimpiya hərəkatına çoxlu müsbət təsirləri olub. Məsələn, ilk dəfə olaraq idman zalları fiziki məhdudiyyətli şəxslər üçün də müyəssər olub, əlil insanlar rahatlıqla oyunlara tamaşaçı qismində qatıla biliblər. Bundan əlavə, ilk dəfə olaraq Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti tərəfindən Azərbaycanın dövlət başçısı İlham Əliyevə Ali mükafat təqdim olunub. Nazir müavini qeyd etdi ki, artıq paralimpiya üzrə dünya miqyaslı təbirlərin Bakıda keçirilməsi üçün müraciətlər edilir.
Daha sonra görüşdə iştirak edən idmançıları Azercell əməkdaşlarının suallarını cavablandırıblar.
Cüdo üzrə ikiqat paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev deyib ki, Açılış Mərasimində məşəl daşıyacağı barədə məlumatı düz 3 ay hər kəsdən gizlədib. Çempion titulunu qazandıqdan isə dövlət başçısından onunla kürsüyə çıxmasını xahiş edib: "Onda möhtərəm prezidentin qulağına dedim ki, cənab Ali baş komandan, əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirdi. Çünki mən qızıl medal almağa söz vermişdim”.
Cüdo üzrə ikiqat dünya çempionu, üçqat gümüş medalçı və Bakı 2015 Avropa Oyunlarının gümüş medal mükafatçısı Səbinə Abdullayeva bu idman növünü seçməyinin tarixindən söz açıb.
Görüşün sonunda idmançılara Azercell-dən hədiyyələr və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkilib.
Görüşdə cüdo idman növü üzrə Bakı 2015 Avropa Oyunlarının bürünc medal mükafatçısı Zakir Müslümov, Milli Paralimpiya Komitəsinin birinci Vitse-Prezidenti və Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin Sədri Natiq Qasımov, Milli Paralimpiya Komitəsinin Baş Katibi Afiq Süleymanov,Uşaq Paralimpiya Komitəsinin İcraçı Direktoru, Kamal Məmmədov, Milli Paralimpiya Komitəsinin Baş məşqçisi (Cüdo) İbrahim İbrahimov da iştirak ediblər.
Qeyd edək ki, 2014-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. "Azercell Telekom” MMC-nin dəstək göstərdiyi komitə hazırda 50-yə yaxın uşağı öz ətrafında birləşdirir.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi