Azərbaycanlı nazirlər rus nazirlərə məğlub oldular- Futbolda+Fotolar

img

05-07-2015 [20:11]


Azərbaycanın deputat və nazirləri rusiyalı həmkarları ilə futbol matçında üz-üzə gəliblər.

Mia.az-ın aznews.az-a ”a istinadən yaydığı xəbərə görə, millət vəkillərindən Azərbaycan komandasını Fazil Mustafa və Adil Əliyev təmsil edib.

Həmçinin Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirləri də çıxış edib.

Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər oyunda öz məharətlərini göstəriblər.

Azərbaycan komandasının baş məşqçisi isə Vaqif Sadıqov olub.

Görüş rusların qələbəsi ilə başa çatıb - 6:2.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA