Əbülfəs Qarayev daha bir neçə otelə lisenziya verdi

img

05-07-2015 [16:45]


Mədəniyyət və Turizm Nazirliyi iyun ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib.

Virtualaz.org bildirir ki, bu barədə nazirlik özü məlumat yayıb. Məlumata görə, bunlar "Afra LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Afra Hotel” (Oğuz), "Sərbəst Çoxsahəli Yenilik” kiçik müəssisəsinə məxsus "Yenilik” (Abşeron), "Maestro Otel” MMC-yə məxsus "Maestro Otel” (Bakı), "Çıraq-M" MMC-yə məxsus "Ramada Plaza” (Gəncə), "Yüksəl” firmasına məxsus "Şah Palace” (Bakı) mehmanxanalarıdır.

Həmçinin fiziki şəxslərə məxsus "Bata-Bat Nabran2 (Xaçmaz) və "Sakit Göl” (Şamaxı) istirahət mərkəzlərinə, "Yeni Motel” (Kürdəmir) mehmanxana tipli obyektə, "Titanik” (Bakı), "Şəki Palace” (Şəki), "Ulduz2 (Xaçmaz) mehmanxanalarına da liseniziya verilib.

Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 335-ə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA