“Azərkörpü” 3-4 aydır fəhlələrin maaşını vermir - ŞİKAYƏT

img

04-07-2015 [13:27]


"Azərkörpü” Açıq tipli Səhmdar Cəmiyyəti (ASC) işçilərinin əmək haqlarını vermir. Şirkət artıq 3-4 aydır ki, fəhlələrin əmək haqqlarını gecikdirir.

Bu barədə Modern.az saytına adıçəkilən ASC-də işləyən fəhlələr məlumat veriblər.

Onlar qeyd ediblər ki, "Azərkörpü” ASC Bakıda, eləcə də müxtəlif rayonlarda körpülər, kanallar tikir və burada minlərlə fəhlə işləyir.

"Artıq 3-4 aydır maaşımız verilmir. Soruşduqda isə bunu heç nə ilə izah etmirlər və qeyd edilir ki, xoşunuz gəlmirsə işləməyin. Biz də ailə dolandırırıq. Gözümüzü bu maaşa dikmişik. 1-2 ay gözlədik ki, bəlkə verilər. Amma heç nə deyilmir”,-deyə fəhlələr bildiriblər.

Şikayətçilər qeyd edib ki, fəhlələrin bir qrupu yaxın zamanlarda şirkət binasının qarşısında kiçik aksiya keçiriblər və onların əmək haqları dərhal verilib.

"Aylıq maaşımız 600-700 manatdır. Hardasa 5000-6000 işçi var. Belə bir hadisə əvvəllər də olmuşdu, onda 1 ay sonra bütün əməkhaqqı verilmişdi. Amma indi bir xəbər yoxdur”.

Qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, "Azərkörpü” ASC-dən direktorun hazırda iclasda olduğu bildirildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA