04-07-2015 [04:37]
Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə daha bir məmur işini itirdi. Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədri İnam Kərimovun birinci müavini vəzifəsindən azad edilib.
Rəşad Abbasov 1979-cu il 17 fevral tarixində bakı şəhərində anadan olub. İxtisasca hüquqşünas olan R.Abbasov karyerasına Daxili İşlər Nazirliyində başlayıb. 2006-cı ildən isə dövlətə qulluğunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində davam etdirib.
ASAN Xidmətin sədrinin birinci müavini vəzifəsinə isə Rəşad Abbasov qurumun yarandığı ildən – yəni 2012-ci ildən prezident tərəfindən təyin olunub.

Rəşad Abbasov
Maraqlısı odur ki, onun nə üçün vəzifəsindən azad olunması qeyd edilmir. Ümumiyyətlə vətəndaş məmnunluğunu təmin edilməsinə xidmət edən bu qurumdan kiminsə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunması ilk dəfə baş verir.
R.Abbasov son bir neçə ayda vəzifəsindən azad edilən ilk məmur deyil. Belə ki, bir neçə ay öncə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov işdən azad olunub.
2011-ci ilin aprel ayından kompleksin rəisi olan məmurun nə üçün azad edildiyi bildirilməsə də onun dövlət əmlakını talamaqda, rüşvətdə ittiham edildiyi iddia edilir. Bunu onun və ailə üzvlərinin sosial şəbəkələrdəki paylaşdığı fotolarda da aydın görmək olar.
R. Məmmədov öz dəbdəbəli və kübar həyat tərzi ilə medianın diqqət mərkəzinə düşə bilib. "Azİmport” şirkətinin sahibi olan Məmmədovun şirkətinin Bakı sakinlərinə qarşı özbaşınalıqları haqda bir neçə araşdırma yazısı dərc olunub . Onun bacısının əri A.Əsgərov tərəfindən idarə olunan şirkət yüzlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunub. Məmurun və yaxınlarının bu əməlləri isə təbii ki, cavabsız qalmayb və onlar həbs ediliblər.
Lakin Bayraq Meydanın rəisi vəzifəsindən azad olunmasından 3 ay keçməsinə baxmayaraq, Məmmədovun bu vəzifədən uzaqlaşdırılmasının dəqiq səbəbi mətbuata və ictimaiyyətə açıqlanmayıb.
Dövlət Bayraq Meydanı kompleksinin keçmiş rəisi Rəşad Məmmədov
ASAN xidmətlə də eyni hal təkrar ola bilərmi? Keçmiş birinci müavini də həbs cəzası gözləyə bilərmi? R.Abbasovun da işən çıxarılma səbəbi rüşvətxorluq ola bilərmi? Əgər belədirsə biz bu orqana artıq necə inana bilərik?
Bu və ya digər bu suallara cavab tapmaq üçün araşdımaya başladıq. Lakin suallara cavab verən tapılmadı. Müvafiq qurumların susqunluğu isə şübhələrin yaranma sına əsas verir. Bu şübhələr isə böyüyür və fərziyyələrə çevrilir.
ASAN Xidmət əhalinin xidmətində
Suallara cavab almaq üçün ASAN xidmətin ictimaiyyətlə əlaqələrinə məsul şəxs olan Anar Hüseynovdan cavab almaq istəsək də, bu mümkün olmadı. Belə ki, A.Hüseynov zənglərimizi gah cavabsız qoyub, gah da telefonu söndürüb.
Ən əsası İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsinin işi mətbuatı məlumatlandırmaq olduğu halda, bunu etməyə heç də həvəsli görünmür. Görünür, sosial şəbəkələrdə şəkil paylaşmaq daha asandır, telefon zəngləri cavabsız qalsa da, onun istirahət və görüşlərindən fotolar yerləşdirməyə vaxtı var.
Məhz buna görə də, Rəşad Abbasovun işdən azad olma səbəbini dəqiqləşdirmək mümkün olmayıb. Bundan sonra isə insanıın ağlına bir fikir gəlir – görünür, birinci müavinin işdən çıxarılma səbəbi hələ də gizli qalmasını istəyən qüvvələr var.
ASAN Xidmətin mətbuat katibi "babayka" ilə
Anar Hüseynov təbiət qoynunda kabab çəkir...
Xatırladaq ki, "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
"ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur...
Anspress.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi