03-07-2015 [17:30]
AMİP Lideri Etibar Məmmədovun partiyanın təsis olunmasının ildönümü münasibəti ilə Milli İstiqlalçılara
Təbriki
Hörmətli Milli İstiqlalçılar!
Sizi AMİP-in təsis olunmasının 23-cü ildönümü münasibəti ilə təbrik edir, hər birinizə möhkəm can sağılığı, şəxsi həyatınızda və ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Ötən əsrin 80-ci illərinin sonlarıdan başlayan Milli Azadlıq Hərəkatı öz nəticəsini verdi. Xalqımızın uzun illərin ardıcıl və yorulmaz mübarizəsinın bəhrəsi olaraq Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Beynəlxalq aləmin ayrılmaz subyektinə çevrilən məmləkətimizdə müasir dövrün tələblərinə və demokratik ənənələrə uyğun siyasi sistemin formalaşdırılmasına ciddi zərurət duyulurdu. Bu tələbatı və tarixi ehtiyacı həyata keçirilməsi məsuliyyətini üzərimizə götürməklə cəmiyyətin bütün təbəqələrinin fəal iştirakı və əzmkarlığı ilə ilk siyasi təşkilatın Azərbaycan Milli İstiqlal Partiyasını təsis etdik. Bununla da, cağdaş Azərbaycan siyasi tarixində təkpartiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin əsasını və yeni dövrün başlanğıcını qoyduq. İlk rəsmi qeydiyyatdan keçən və özündə on minlərlə vətəndaşımızı birləşdirən AMİP qısa zaman kəsiyində ölkənin aparıcı siyasi qüvvəsinə və xalqın inanc və güvənc yerinə çevrildi. Partiya yeni dövlət quruculuğunda və demokratik dəyərlərin ölkəmizdə bərqərar olmasında böyük tövhələr verdi. AMİP eyni zamanda yeni siyasi kadrların yetişməsində, siyasi mübarizənin sivil formalarının tətbiqində novator rol oynadı.
AMİP-çilər həm demokratik dəyərlər uğrunda mübarizə aparır, ölkəmizi beynəlxalq aləmdə yerinin möhkəmlənməsində və genişləndirilməsində əlindən gələni əsirgəmir, həm ərazi bütövlüyümüz uğrunda və işğala qarşı döyüşür, həm də Milli Ordumuza hər cür dəstəyini əsirgəməyib. Vətən uğrunda canından keçən və hər cür fədakarlıqlar göstərən milli istiqlalçı silahdaşlarımızı bir daha sayğı ilə yad edirik.
Hörmətli, Milli İstiqlalçılar!
Bu gün də ölkənin aparıcı partiyası olaraq ali dəyərlər və müqəddəs ideyalar uğrunda aparılan mücadilənin önündəyık. Heç nə Sizləri üzərinizə götürdüyünüz missiyandan imtina etməyə, sadiq olduğunuz prinsiplərdən və ideyalardan yayındırmağa müvəffəq ola bilməyib. Bu yolda hər cür fədakarlıqlar və əzmkarlıqlar göstərmisiniz. Arzularımızın və istəklərimizin həyata keçirilməsi gün çox da uzaqda deyil. Bir zamanlar əl çatmaz ideya hesab edilən müstəqilliyimizə, azadlığımıza istiqlal və istiqrarımıza qovuşa bildiyimiz kimi, demokratik, çiçəklənən, yüksək inkişaf edən, böyük və bütöv Azərbaycanın qurulmasına da tezliklə nail olacaqğımıza qəti əminəm.
Azərbaycan xaqlının xoşbəxtliyə çatmasında, sülh və təhlükəsizlik içərsində firəvan yaşamasında, eləcə də dünyanın ən aparıcı və inkişaf etmiş dövlətlərindən birinə çevrilməsində, haqq və özgürlüklərin qorunmasında birlikdə çəkdiyimiz böyük zəhmətin və əməyin qürurunu yaşamaqdan gözəl heç nə ola bilməz.
Sizləri bu ildönümü münasibəti ilə bir daha təbrik edir, Sizlərə bundan sonra da götürdüyünüz tarixi missiyanı daşımağa güc-qüvvət, apardığımız mübarizədə qətiyyət və dönməzlik arzulayıram. Bu illər ərzində bizimlə birlikdə çiyin-çiyinə olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Ulu Tanrı Sizləri qorusun!
Hörmətlə,
Etibar Məmmədov
Azərbaycan Milli İstiqlal Partiyasının Lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini
3 iyul 2015-ci il, Bakı şəhəri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi