Nazir 40 vətəndaşı qəbul etdi, tapşırıqlar verdi - FOTO

img

03-07-2015 [12:23]


Bu gün Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib. 

Qəbul zamanı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciəti əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA