İIkin Abdiyev: “İMD Center Türkiyə Azərbaycan Media Forumuna start verdi”

img

03-07-2015 [12:00]


"İMD Center qardaş Türkiyə mətbuatı ilə də, körpü yaradaraq sıx əməkdaşlıq etməklə bağlı layihəyə start verib”. 

Bu haqda mia.az-a açıqlamasında hazırda Türkiyədə səfərdə olan, İMD Ceneter (İntergovernmental Media & Diplomatik Center)- in vitse prezidenti İlkin Abdiyev deyib. 

Onun sözlərinə görə, İMD Center-in qarşısına qoyduğu məqsədlərdən biri də, qardaş Türkiyə mətbuatı ilə hərtərəfli əməkdaşlıq etmək idi:

 "Biz buna nail olduq. Türkiyə səfərim çərçivəsində Türkiyə Azərbaycan Media Forumunun demək olar ki, təməlini qoyduq. İndi mütəmadi olaraq, bizim Türkiyə mətbuatında məqalələrimizi görə biləcəksiniz. Hesab edirəm bu layihə iki dövlət, bir millət olan Türkiyə Azərbaycan arasında yeni nəfəs olacaq və iki dövlətin mövqeyinə xidmət edəcək. Türkiyə Azərbaycan Media Forumunun sədri, Türkiyəli yazar və yetəri qədər təcrübəli mətbuat nümayəndəsi Camal Baş təyin olundu”. 

 İlkin Abdiyev eyni zamanda bu günlərdə İMD Center-in yeni və olduqca gərəkli bir layihəsinin icrası ilə bağlı da, danışdı: 

"İMD Center Türkiyə ilə sadəcə media tərəfdən deyil, digər istiqamətdə də, əlaqələrin inkişafına hesablanmış əməkdaşlıqlar qurmağa müvəffəq olub. Sadəcə bu layihənin nədən ibarət olduğunu hələ ki, açıqlamaq istəməzdim. Qoyun sizləri bir qədər intizarda saxlayım. Sadəcə onu deyə bilərəm ki, Türkiyə səfərimiz çərçivəsində Türkiyə Bələdiyyələr Birliyinin baş katibi, sayın Hayrəddin Güngörlə görüşümüz oldu. Bu görüş isə yeni əməkdaşlığın əsasını qoydu”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA