"KİV bizimlə bir olanda..." - Ramil Usubovdan jurnalistlərə jest

img

02-07-2015 [17:39]


Azərbaycanda cinayətkarlıqla mübarizədə, qanunsuzluqların aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin dəstəyi böyük rol oynayır.

Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli mərasimdən sonra jurnalistlərlə etdiyi səmimi söhbət zamanı bildirib.

KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirən daxili işlər naziri qeyd edib ki, jurnalistlər dövlətçilik naminə polisin işini dəstəklədikdə daha yaxşı nəticələr əldə edilir: "Sizin rolunuzu xüsusi qeyd etmək istəyirəm. Kütləvi informasiya vasitələri bizimlə bir olanda daha yaxşı nəticələr əldə edilir. Ölkəmiz əmin-amanlıq, sabitlik içindədir. Bunun təməlini qoyan ulu öndər Heydər Əliyev olub və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam edir. Belə də olacaq”.(Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA