İcra başçısı polislərə mükafat verdi - Nərimanovda polis günü (FOTO)

img

02-07-2015 [16:12]


2 iyul 2015-ci il tarixində Azərbaycan Polisi Günü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilib. 

Mia.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.

Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. 

Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin "Fəxri fərman” və qiymətli hədiyyələri təqdim edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA