02-07-2015 [15:48]
Azərbaycanın Avropa Oyunlarında bayraqdarı və ən böyük qızıl medal ümidimiz Elmar Qasımovun ilk görüşdə ippona düşməsi artıq hər şeydən xəbər verirdi. Kişilərdən ibarət millimizin aktivinə 1 medal yazılsa da, qadınlardan ibarət komandamız bunu da bacarmadı.

Əslində cüdo komandamızda problemlərin olması əvvəlcədən bəlli idi. Çünki Avropa Oyunlarından öncə cüdoçular federasiyadan pullarını ala bilməməsinə görə etiraz etmişdilər. Lakin federasiya rəhbəri, eks-nazir Füzuli Ələkbərov onların problemlərini həll etmədi. Xüsusən də qadınlar millisi diqqətdən kənarda qalıb. Elə bu uğursuz nəticələrin səbəblərini öyrənmək üçün "Qafqazinfo” olaraq qadınlar millimizin üzvləri ilə görüşdük. Bəlkə, görüşə qədər problemin çox kiçik olduğunu düşünürdüm, qızlar danışarkən isə demək olar hər sözə təəccüblənirdim. Necə ola bilərdi ki, Cüdo rəhbərliyi ilk Avropa Oyunlarına belə məsuliyyətsizcəsinə yanaşıb? Bu təkcə idmançıları, ölkəni pis vəziyyətdə qoymaq deyil, eyni zamanda saymazlıqdır. Belə çıxır Füzuli Ələkbərov istefaya göndəriləndən sonra prezident İlham Əliyevin idmana və idmançılara qarşı necə həssas olduğunu unudub... Ümid edirik ki, aidiyyəti qurumlar qızların haqlı iradlarından nəticə çıxaracaq.
Əslində, qızların hamısı real vəziyyətdən narazı olsa da, Kifayət Qasımova, Aişə Qurbanlı, Xanım Hüseynova, Nərgiz İbrahimova Avropa Oyunlarındakı medalsız qalmalarına və Cüdo millisində baş verən özbaşınalıqlara"Qafqazinfo”nun əməkdaşları ilə söhbətdə dəhşətli faktlar açıqlayaraq hər şeyə aydınlıq gətiriblər:

Aişə Qurbanlı:"Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Bizim isə belə şansımız olmadı. Kişilərdən ibarət komandamız Yaponiyaya getdilər. Biz isə bir dəfə Çexiyada təlim-məşq toplanışında olduq. O da heç bir işə yaramadı. 3-4 ay qalmış isə ancaq Bakıda zallarda çalışırdıq. Millimizin əvvəlki baş məşqçisi – avstriyalı Piter Zayzenbaxer olanda hər şey əla idi. Təlim-məşq toplanışları keçdik, uğurlarımız çox olurdu. Ona təşəkkür edirəm. Hər şeyi tələb edirdi. İkiqat Olimpiya çempionu idi. Bizdən də uğur tələb edirdi. O, heç kimə fərq qoymazdı. Federasiyadan hər şey tələb edirdi. Amma onun da başına oyun açdılar. Çox istəyirəm ki, Zayzenbaxe yenidən Azərbaycana qayıtsın. Zədələrimizi müalicə etmək üçün İdman Nazirliyi klinika açılıb. Azad Rəhimova buna görə təşəkkür edirik. Bizə orda şərait yaradıb. Amma federasiya heç vecinə də almır. Fizuli Ələkbərov cüdo ilə maraqlanmır. Federasiya rəhbəri olsa da, cüdoya heç baxmır, ölkə prezidenti cüdonu, idmanı çox sevir. Lakin federasiya heç bir diqqət ayırmır”
Nərgiz İbrahimova:"Bizim üçün heç nə etmirdilər. Ümumiyyətlə, kişilər millisinə pul ayırırlar. Bizə isə çatanda pul yoxdur deyirlər. Qadınlardı da boş verin. Heç bir problemimizi həll etmirlər. Vitaminsizlikdən belə əziyyət çəkirik. Sonuncu dəfə 4 ay öncə bir vitamin veriblər. Digər idman növlərində nəticə ona görə olur ki, onların bütün problemləri həll olunur”.
Xanım Hüseynova:"Siz bilirsiz ki, Avropa Oyunları öncəsi başımıza nə oyun açdılar? Təsəvvür edin ki, bu cür böyük yarışdan öncə bizə baxmadılar. Heç bir qayğı göstərmədilər. Amma nəticə olmayan kimi, bizdən yapışırlar. Federasiya rəhbəri Füzuli Ələkbərovu nə vaxt gördüyümüzü xatırlamıram. Nə yarışlardan öncə, nə də sonra gəlib bizimlə maraqlanıb. Gedib taekvando da çempion olardım. Cüdoda itirə-itirə gedirəm. Ya birdəfəlik bağlasınlar, ya da bizə baxsınlar. Yarışlar ərzində olimpiya kəndində qalırdıq. Orada hər şey super idi”.

Kifayət Qasımova:"Qadınlar millisinə heç vaxt baxmayıblar. Bir neçə il əvvəl bir az yaxşı idi. Avropa Oyunlarından isə heç baxmadılar. Mən zədələnmişdim. Çiynimdə ağır zədə var idi. Ya əməliyyat olunmalı idim, ya da o zədə müalicə ilə 6 aya sağalacaqdı. Yanvarın sonlarında zədə almışdım. Ondan öncə də 6 ay təlim-məşq toplanışı görməmişdim. Yaponiyaya aparmadılar. Dedik ki, heç olmasa, Sloveniyaya gedək. Orda da yaxşı toplanış olurdu. Əvvəllər görmüşük. Amma ona da şərait yaratmadılar və dedilər ki, pul yoxdur.Biz komanda yarışlarında tatamiyə çıxmaq istəyirdik. Lakin bizə imkan vermədilər. İcazə vermədilər ki, çıxar. Çünki komanda yarışlarında ümidli idik. Biri var tək-tək biri var komanda. Orda zəif komandalar vardı. Biz o görüşlərə çıxa bilərdik. Onlar özləri də bilir ki, hazırlığımız yoxdur. Ona görə də inanmırlar. Baş məşqçimiz bizi tatamidə qoyub gedirdi. Görüş bitən kimi baxırdıq, yoxdur.Əvvəllər yenə təlim-məşqə məni aparırdılar. Mənə tək qalmayım deyə Ramilə Yusubova da mənimlə gedirdi. O da ona görə gəldi dünya çempionatında 3-cü oldu".
Xanım Hüseynova:"Bu qədər komandadan ən uğursuzu cüdo oldu. Amma dünyada cüdo ən məşhur idman növlərindəndir. 18 idmançıdan 1 medal sadəcə gülməli idi. Halbuki ən azı 10-12 medal qazanmalıydıq. Biz yarışlara çıxmaq üçün kimano tapa bilmirdik. Bilmirdik yarışı düşünək, ya kimanonu?”.
Aişə Qurbanlı:"Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan bundan kimano axtarırdıq. Özü pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki? Mən 11 ildir ki, cüdodayam. Hələgörməmişəm ki, Füzuli Ələkbərov gəlib problemlərlə maraqlansın. Heç yarışdan öncə də bizimlə görüşmədi ki, nə probleminiz var. Avropa Oyunları bizim arzumuz idi. Burda medal qazanmaq istəyirdik. Bütün federasiyalar yarışdan öncə idmançılarını bir yerə yığmışdılar. Amma cüdoda belə şeylər olmadı. Bizi heç kim qınamasın”.

Xanım Hüseynova:"Mən "Neftçi İdman Klubu”nun idmançısıyam. Onlar da təkcə bizə maaş verir. Başqa heç bir şeylə maraqlanmırlar. Əslində onlar bunu etməməlidir. Dövlət hər il federasiyalara pul ayırır. Bəs, bu pullar hara gedir? Biz adi massaja belə öz cibimizdən pul verib gedirik”.

Nərgiz İbrahimova:"Yarışda komandanın həkiminə deyirəm ki, yaramı sarı. Deyir ki, onsuz da bir mərhələ keçib üstümüzə gələcəksən. "Niyə sənin ayağına baxım ki?" Təsəvvür edin biz Bakıda zallarda məşq edirik. Orda da bizimlə çıxan rəqiblər hamısı gənclərdir. Onlarla da güləşəndə zədə alırıq. Mənim qolum yarışdan öncə əzilmişdi. Avqustda Qazaxıstanda cüdo üzrə dünya çempionatı var. İnanmıram ki, ora bizi aparsınlar. Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmaq mümkün olacaq”.
Aişə Qurbanlı:"İsmayıllıda cüdo üçün yaxşı baza var. Bizi ora belə aparmadılar. Baş məşqçimiz İbadulla Şahbanov yarış günü federasiya ilə dava edirdi ki, kimano söz vermisiz, heç olmasa, onu verin, yenə də xeyri olmadı. Baş məşqçi biz tatamiyə çıxanda uzaq dururdu ki, bilirdi uduzacağıq. Çünki hazırlığımız bərbad idi. Mən yarışlarda birinci mərhələni sırf öz istəyimə görə keçdim. İkinci məhələdə isə fiziki gücüm çatmadı ki, rəqibi 50 saniyə saxlayım. Cüdo üzrə millinin baş məşqçisi Hacı Əhmədov deyib ki, qızlarla bağlı danışmaq istəmir. Səbəbini isə mən bilmirəm. Ona demək istəyirəm ki, biz pis deyilik, pis sizsiniz ki, yetirmələriniz bu vəziyyətdədir”.

Modern.az saytı səsləndirilən ittihamlara qarşı tərəfin münasibətini öyrənmək məqsədilə Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovla əlaqə saxlayıb. Telefon zəngimizə cavab verən F.Ələkbərov məsələ ilə bağlı sualımızı dinlədikdən sonra danışmaqdan imtina etdi və bunu bizi tanımaması ilə bağladı.
Sonra isə telefonu söndürdü.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi