Cahangir Hacıyev üzə çıxdı - ABB-nin sabiq rəhbəri yenidən meydanda!

img

24-07-2015 [00:38]


"İnter"in sahibi, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət önündə görünüb. 

O, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib.  

Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən Hacıyev "İnter"in tarixi uğuruna şahidlik edib. 

Qeyd edək ki, öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.//qol.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA