Müdafiə naziri Litvanın baş naziri ilə görüşüb

img

02-07-2015 [14:55]




İyulun 2-də Litvada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, sonra Z. Həsənov Litvanın baş naziri cənab Algirdas Butkeviçiuslə görüşüb.
Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.
İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb.
"Biz əminik ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcək", - deyə Z. Həsənov bildirib
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA