01-07-2015 [12:43]
Şəki şəhəri, S.Rəhman küçəsi ev 75B/5-də yaşayan Qocayev tərlan Aslan oğlu tərəfindən Mia.az-a məktub göndərilib. Şikayətçi nazir Ramil Usubov və digər aidiyyatı olan orqanların rəhbərlərindən yol polisləri tərəfindən tərtib olunan protokolların ləğv edilməsini xahiş edib.
Mia.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir:
"Şəki ŞRPŞ-NİN DYPB-nin əməkdaşı cənab Niftalıyev Tural Münasibət oğluna
Surəti (məlumat üçün): Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova
Surəti (məlumat üçün): Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə
Şəki şəhəri, S.Rəhman küçəsi ev 75B/5-də yaşayan Qocayev tərlan Aslan oğlu tərəfindən
MMX seriyalı 1447785 nömrəli; MMX seriyalı 1455038 nömrəli və MMX seriyalı 1459489 nömrəli inzibati xəta haqqında protokollara ETİRAZ:
Məlumat üçün bildirirəm ki, mənim barəmdə MMX seriyalı 1447785 nömrəli; MMX seriyalı 1455038 nömrəli və MMX seriyalı 1459489 nömrəli inzibati xəta haqqında elektron protokollar tərtib edilsə də, həmin protokollar mənə rəsmi qaydada göndərilməmişdir. Həmin protokolu mən, mənə bildiriş gəldikdən sonra, yəni 30.06.2015-ci il tarixdə qeyri-rəsmi şəkildə almışam.
Həmin protokollar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə cavab vermədiyin ləğv edilməlidir.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-6.2.3-cu maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
Həmin Məcəllənin 410.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir.
Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-3.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulanlar da göstərilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer göstərilməli olduğu halda, mübahisə predmeti olan inzibati xəta haqqında protokollarda inzibati xətanın törədildiyi yer və tərtib edildiyi yerlər göstərilməmişdir.
Protokolun tərtib edildiyi yer və inzibati xətanın törədildiyi yer fərqli anlayışlardır. Protokolun tərtib edildiyi yer inzibati xətanın törədildiyi yer kimi qiymətləndirilə bilməz. Belə ki, AR İXM-nin 411.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir.
Göründüyü kimi, qanunverici inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilməsi hallarını da müəyyən etmişdir. Belə olan halda, protokolda ayrı-ayrılıqda həm inzibati xətanın törədiyildiyi yer və həm də protokolun tərtib edildiyi yer göstərilməlidir.
Bundan əlavə, AR İXM-nin 410.1.7-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir.
Mübahisə predmeti olan protokollarda xüsusi texniki vasitələrinin tipi, yerləşdiyi konkret yer (Salman Mümtaz küçəsi konkert yer deyil, neçeənçi kilometrliyində yerləşdirilməsi), habelə ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxtı təsdiq edən sənədin nömrəsi və tarixi göstərilməmişdir.
Bundan başqa, AR İXM-in 411.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin fakt 19.06.2015-ci il tarixdə aşkar olunmuşsa, nə üçün protokol dərhal yox, bir protokol bir gün sonra, digər protokol isə 5 gün sonra tərtib edilmişdir.
Həmçinin mənim sözügedən protokoldan şikayət vermək hüququm, habelə AR İXM-nin 371-ci maddəsində nəzərdə tutulan hüquqlarım təmin edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:
1. işin materialları ilə tanış olmaq;
2. izahat vermək;
3. sübutlar təqdim etmək;
4. vəsatət və etirazlar vermək;
5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm:
MMX seriyalı 1447785 nömrəli; MMX seriyalı 1455038 nömrəli və MMX seriyalı 1459489 nömrəli inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə qərar qəbul edəsiniz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi